Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Səhiyyə Nazirliyi birgə "Sağlam gələcək" sosial layihəsinə başlayıb.
Layihə qadınların reproduktiv sağlamlığını qorumaq, profilaktik müayinələr haqqında məlumatlılığı artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədi daşıyır.
İlk tədbir "Qadın sağlamlığı və reproduktiv rifah" mövzusunda keçirilib. Tədbirdə dövlət qurumları, ictimai təşkilatlar, səhiyyə ekspertləri və AHİK üzvləri iştirak edib.
AHİK sədrinin müavini Musa Mirzəyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyat keyfiyyətinin yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması sahəsində görülən işləri vurğulayıb.
Tədbirdə qadın sağlamlığı, reproduktiv orqan patologiyalarının profilaktikası, stressin təsiri və demoqrafik davamlılıq mövzularında təqdimatlar olub.











